Xavi “Barselona”dan gedəcək
“Barselona”nın baş məşqçisi Xavi bu mövsüm başa çatdıqdan sonra Kataloniya klubundan ayrılacaq.
BEY.AZ xəbər verir ki, bu barədə İspan mütəxəssis özü açıqlama verib
O, fikrini dəyişməyəcəyini bildirib: “Mövsümün sonunda klubdan ayrılmaq qərarım dəyişməyəcək. Qəbul etdiyim qərar düzgün qərardır, bu, kluba, futbolçulara, hətta mətbuata, eləcə də mənə və yaxınlarıma sakitlik gətirdi… Və mən öz fikrimi dəyişmirəm”, – deyə Xavi bildirib.
Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.