fbpx

XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının açılış mərasimi olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının iyulun 27-də təntənəli açılış mərasimi olub.

Metbuat.az xəbər verir ki, əvvəlcə ölkəmizdə musiqi mədəniyyətinin inkişafında və təbliğində müstəsna xidmətləri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Məktubda deyilir:

Rüya tabirlerini burdan oku

“Hörmətli festival iştirakçıları!

Xanımlar və cənablar!

Sizi – XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının bütün iştirakçılarını və qonaqlarını ürəkdən salamlayır, festivalın işinə uğurlar diləyir, hər birinizə ən xoş arzularımı çatdırıram.

Əsrlər boyu mədəniyyətlərarası dialoqun inkişafına öz töhfəsini verən Azərbaycan tarixən müxtəlif millətlərin mədəniyyət və incəsənətinin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib.

Zəngin mədəni-mənəvi irsə, çoxəsrlik tolerantlıq ənənələrinə malik olan və fərqli sivilizasiyaların qovşağında yerləşən ölkəmizdə son illər keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın təməl prinsiplərinin sülh və humanizm olduğunu bir daha sübut edərək dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, bütün xalqların nümayəndələrini bir araya toplayır. Vətən müharibəsində qazandığımız şanlı Zəfərdən sonra Qarabağın tacı olan Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı əsasında keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, yaxın günlərdə baş tutmuş ənənəvi Beynəlxalq Muğam Festivalı kimi möhtəşəm tədbirlər bunun bariz nümunəsidir. Dünyanın bir çox ölkəsindən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramları mədəni irsimizin zəngin ənənələrinin qorunub saxlanılması ilə yanaşı, müxtəlif ölkələri təmsil edən musiqiçilərə ünsiyyət və əməkdaşlıq üçün geniş imkanlar açır.

Mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran belə layihələr bizim üçün çox dəyərlidir. Bu baxımdan, 2009-cu ildən etibarən təşkil olunan Qəbələ Beynəlxalq Musiqi Festivalı da əvəzedilməz rola malikdir. Klassik musiqi vurğunu olan hər bir insanın səbirsizliklə gözlədiyi Qəbələ Beynəlxalq Musiqi Festivalı həm də yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə xidmət edir. Biz bu festivalı mədəniyyətlərarası dialoqun genişləndirilməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk. Əminəm ki, XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı qonaqlarımızın yaddaşında və Azərbaycan musiqi mədəniyyəti tarixində mənalı səhifələrdən biri kimi qalacaqdır.

Festivalda iştirak edən hər kəsə cansağlığı, bütün yaradıcı insanlara tükənməz nailiyyətlər arzulayıram”.

Açılış mərasimində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxış edərək ölkəmizdə ənənəvi olaraq təşkil edilən Qəbələ Beynəlxalq Musiqi Festivalının mədəniyyətimiz üçün əlamətdar hadisə olduğunu qeyd edib. Xalq artisti çıxışında builki festivalın Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edildiyini vurğulayaraq, bu yubileyin ölkəmizin ictimai-siyasi və mədəni həyatında çox böyük hadisə olduğunu bildirib.

Fərhad Bədəlbəyli deyib: “Festivalda iştirak etməkdən məmnunam. Heydər Əliyev Fonduna və Mehriban xanım Əliyevaya minnətdaram ki, belə bir mötəbər tədbirin təşkilinə dəstək nümayiş etdirir. Bu diqqət və dəstəyi festivalın bütün iştirakçıları hər gün hiss edirlər. Bu illər ərzində bu festivalda böyük ifaçılar çıxış ediblər. İnanıram ki, bundan sonra da bu musiqi bayramında bir-birindən istedadlı gənc ifaçılar çıxış edəcəklər. Bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyidir, həm də ölkəmizdə “Heydər Əliyev İli”dir. Məhz bu səbəbdən də XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Çünki Heydər Əliyev və musiqi, bu mövzuda saatlarla danışmaq olar. Festival iki proqramı – “Yeni adlar” və “Gənclərə dəstək” proqramını əhatə edir. Mədəniyyət böyük bir silahdır. Gəlin, bundan da istifadə edək”.

Sonra XIII Qəbələ Beynəlxalq Musiqi Festivalı açıq elan olunub.

Azərbaycanın Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin bədii rəhbərliyi ilə təşkil olunan XIII Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılışı “Viva Opera” adlı konsertlə başlayıb. Açılış konsertində Əməkdar artist Əyyub Quliyevin və Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər – Xalq artistləri Dinarə Əliyeva, Əvəz Abdullayev, Samir Cəfərov, Yusif Eyvazov və Əməkdar artist Səbinə Əsədova çıxış ediblər.

Budəfəki Qəbələ Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı, Böyük Britaniya, Estoniya, Litva, Polşa, Rusiya və Türkiyədən dünyaşöhrətli musiqiçilər – ifaçı və dirijorlar, musiqi kollektivləri iştirak edirlər.

Xatırladaq ki, 2009-cu ildən ənənəvi təşkil olunan festivalda bu dəfə də musiqisevərlər üçün maraqlı proqramlar təqdim ediləcək. Bir həftə ərzində klassik, kamera musiqisi və muğam axşamları təşkil olunacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#XIII #Qəbələ #Beynəlxalq #Musiqi #Festivalının #açılış #mərasimi #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu