XİN Azərbaycana təxliyə olunan şəxslərin sayını AÇIQLADI
BEY.AZ informasiya agentliyi xəbər verir
Ukraynadakı vəziyyətlə əlaqədar, bu ölkədəki Azərbaycan vətəndaşlarının qonşu ölkələrdən Moldova Respublikası, Polşa Respublikası, Slovakiya Respublikası, Macarıstan, habelə Rumıniya ərazisinə keçidi davam edir.
Bu barədə Metbuat.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Xatırladırıq ki, sözügedən dövlətlərlə əldə edilmiş razılıq əsasında Azərbaycan vətəndaşlarının tranzit keçidi üçün viza tələbi müvəqqəti olaraq qaldırılıb, vətəndaşlar tərəfindən yalnız səyahət sənədi təqdim edilir, Covid-19 pasportu və PCR testinin neqativ nəticəsi mütləq şəkildə tələb edilmir.
Ukraynada hərbi əməliyyatların başlanmasından bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6500 nəfər vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız, Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına isə 60 nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub.
Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.
Ukraynadakı vəziyyətlə əlaqədar vətəndaşlarımıza hərbi obyektlərdən kənar olmalarını, təhlükəsiz yerdə qalmalarını, səyahətdən çəkinmələrini tövsiyə edirik.
Xüsusi hallar ilə bağlı vətəndaşlarımız Azərbaycan Respublikasının Kiyev şəhərindəki səfirliyi ilə (+380 73) 5050000 telefon xətti və
Telefon: +994505748595
+994506725868
+994125969422
+994125969301
Elektron poçt:
Vəziyyətin inkişafından asılı olaraq əlavə məlumat vətəndaşlarımıza təqdim ediləcəkdir.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.