fbpx

XİN başçısı ATƏT-in sədrini son vəziyyət barədə məlumatlandırdı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasında iştirakı çərçivəsində Şimali Makedoniya Respublikasının xarici işlər naziri və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Buyar Osmani ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Görüşdə tərəflər Azərbaycan-Şimali Makedoniya arasında əlaqələr, Şimali Makedoniyanın 2023-cü ildə ATƏT-ə sədrliyi çərçivəsində təşkilatın gündəliyi, habelə bölgədəki son vəziyyət müzakirə olunub.

Rüya tabirlerini burdan oku

Görüşdə nazir Ceyhun Bayramov ölkəmizin keçmiş münaqişənin nəticələrinin aradan qaldırılması, habelə münaqişədən sonra bərpa, yenidənqurma və reinteqrasiya məsələləri, mühüm prioritet olan sülh müqaviləsinin imzalanması, bölgədə sabitliyin bərqərar edilməsi, erməni sakinlərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində ardıcıl səylərini xatırladıb.

Ölkəmizin cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan tərəfinin və qondarma rejimin son təxribatlarının normallaşma prosesinə xələl gətirdiyi, gərginliyin azaldılmasına yönəlmiş bütün təkliflərin rədd edildiyi, bu ölkənin sülh prosesində maraqlı olmadığı diqqətə çatdırılıb.

Azərbaycan hərbiçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələnən terror aktına və hərbi təxribatlara cavab olaraq qanunsuz Erməni silahlı qüvvələrinə qarşı həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin bölgədə sülh və sabitliyin bərqərar olması, qanunsuz qüvvələrin tərksilah edilməsi və qondarma rejimin buraxılması olduğu diqqətə çatdırılıb. Azərbaycanın yalnız hərbi hədəfləri məhv etdiyi, mülki şəxsləri hədəf almadığı bildirilib.

Bölgədə guya “blokada” və “bölgədə gərgin humanitar böhran” kimi iddialara gəldikdə isə, nazir Ceyhun Bayramov bu iddiaların heç bir əsasının olmadığını, Ermənistanın qəsdən vəziyyəti “humanitar” xarakterli məsələ kimi təqdim etdiyini, qondarma humanitar böhran yaratmaq məqsədi daşıyan bu addımın əslində ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş bir siyasi manipulyasiya olduğunu, sıravi sakinlərin isə bu siyasi avantüranın girovu kimi saxlanıldığını vurğulayıb.

Bu xüsusda, 18 sentyabr tarixində BQXK-nın iki avtomobilinin biri Ağdam-Xankəndi, digəri isə Laçın-Xankəndi yolu ilə eyni vaxtda keçidinin təşkilinin ölkəmizə qarşı “blokada” ittihamlarının heç bir əsasının olmadığını nümayiş etdirdiyini qeyd edib.

Nazir Ceyhun Bayramov Ermənistan Baş nazirinin 2 sentyabr tarixində qondarma rejimi təbrik etməsi daxil, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı iddiaların sülh prosesinə xələl gətirdiyini vurğulayıb.

Görüşdə, həmçinin iki ölkə arasında ikitərəfli və çoxtərəfli gündəlik üzrə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#XİN #başçısı #ATƏTin #sədrini #son #vəziyyət #barədə #məlumatlandırdı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu