fbpx

XİN-də işləmək istəyən və imtahanda zəif nəticə göstərən 13 nəfərin balı artırılıb

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri ilə əlaqədar təşkil edilmiş apellyasiya prosesi başa çatıb.

Dövlət İmtahan Mərkəzindən Metbuat.az-a verilən məlumata görə, yanvarın 23-də Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul olmaq üçün BakıNaxçıvan şəhərlərində keçirilən imtahanın nəticələri ilə bağlı ümumilikdə 74 namizəd apellyasiyaya müraciət edib və komissiya tərəfindən 114 yazı işinə yenidən baxılıb.

Bu müraciətlərdən 58-i xarici dildə, 56-sı Azərbaycan dilində yazılmış esse, bunlar arasında 9 müraciət isə eyni zamanda test tapşırığı üzrə olub. XİN-də diplomatik xidmətə qəbul olmaq istəyən namizədlərin yazdıqları esselər üçün qiymətləndirmə meyarları dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR–The Common European Framework of Reference for Languages) C1 səviyyəsi tələblərinə uyğun hazırlanıb. Ona görə də C1 səviyyəsi haqqında məlumat, essenin yazılmasına qoyulan tələblər müraciət edən namizədlərə Apellyasiya Komissiyası ilə görüşdən əvvəl bir daha xatırlatma məqsədilə göndərilib.

Rüya tabirlerini burdan oku

Komissiyanın qərarına əsasən müraciət edənlərdən 13 nəfərin balı dəyişilib və onlar müsabiqənin növbəti mərhələsində iştirak etmək hüququ qazanıblar. Bundan əlavə, 6 nəfərin balı dəyişilsə də, həmin namizədlər müsabiqə şərtlərini ödəyə bilməyiblər. Digər namizədlərin də apellyasiya ərizələrinə baxılıb və toplanılan ballarının qüvvədə qalması qərarı verilib.

Xatırladaq ki, hər bir müraciət haqqında Apellyasiya Komissiyasının qərarı ilə bağlı namizədlər məlumatlandırılıb.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu