XİN Ramazan bayramı ilə bağlı paylaşım etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Ramazan bayramı ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
BEY.AZ xəbər verir ki, paylaşımda bildirilib:
“Mərhəmət, birlik və həmrəylik kimi yüksək dəyərləri aşılayan müqəddəs Ramazan ayının başa çatması, Ramazan Bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edir, bu mübarək bayramda hər bir evə, ailəyə cansağlığı, ruzi-bərəkət və xoşbəxtlik arzu edirik.
Ramazan bayramınız mübarək!”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.