XİN Zəfər Günü münasibətilə paylaşım etdi
Azərbaycanın Xarici İşlər Nazirliyi “X”dəki hesabında 8 Noyabr – Zəfər Günü münasibətilə paylaşım edib.
BEY.AZ xəbər verir ki, paylaşımda deyilir:
“Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu siyasəti, ölkəmizin qüdrəti və ordumuzun şücaəti ilə qazandığımız 8 Noyabr – Zəfər Günü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, şanlı bayrağımızın bütöv Azərbaycanda əbədi olaraq dalğalanmasını arzu edirik.
Bayramımız mübarək”.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |