fbpx

XİN zəlzələ ilə bağlı yeni məlumat yaydı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


6 fevral 2023-cü il tarixində Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ ilə bağlı Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində, eləcə də İstanbul və Qars şəhərlərindəki Baş Konsulluqlarında Operativ Qərargahlar yaradılıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın Türkiyədəki Səfirliyi Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD), Türkiyənin digər müvafiq dövlət orqanları, həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Türkiyəyə yardım üçün gəlmiş nümayəndə heyətinin rəhbəri ilə operativ əlaqə saxlayır və zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşların olub-olmaması məsələsi araşdırılır.

Səfirlik tərəfindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə mütəmadi olaraq əlaqə saxlanılır.

Rüya tabirlerini burdan oku

Əldə edilmiş məlumatlar operativ olaraq mediaya çatdırılacaq. Qeyri-rəsmi yayılan məlumatlara istinad edilməməsi xahiş olunur.

Zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının və onların yaxınlarının +905355776168 vasitəsilə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi ilə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğunun əlaqə nömrələri +905366138648

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun əlaqə nömrələri +905527801418, +905075893011



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#XİN #zəlzələ #ilə #bağlı #yeni #məlumat #yaydı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu