fbpx

XİN Zaxarovaya tutarlı cavab verməlidir

BEY.AZ informasiya agentliyi xəbər verir



“Bir sıra xəbər saytımızın başlığına çıxarılan “Zaxarova Türkiyəyə meydan oxuyur” cümləsini əslində “Zaxarova Azərbaycana meydan oxuyur” kimi də yazmaq olar”.

Metbuat.az xəbər verir ki bunu, politoloq elxan Şahinoğlu öz feysbuk hesabında yazıb. O qeyd edib ki, Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyip Ərdoğan NATO-nun Vilnyus zirvə toplantısında “Rusiya sülhməramlıları 2025-ci ilə qədər Qarabağı tərk etməlidir” cümləsiylə Kreml sahibi Vladimir Putinə mesaj göndərməklə Azərbaycana dəstəyini ifadə etmişdi:

“Ona görə də Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ərdoğanın bu açıqlamasına “Ankara Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il tarixli bəyanatının tərəfi deyil” deyərkən Türkiyə ilə yanaşı Azərbaycanı da hədəf alıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü rusiyalı həmkarının Ankara və Bakıya göndərdiyi “mesaja” reaksiya verməli, Türkiyənin Cənubi Qafqazda, Azərbaycanda, o cümlədən Qarabağda yeri və rolu barədə Moskvaya tutarlı cavab yayımlamalıdır”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin