Xırdalanda 12-ci mərtəbədən yıxılan azyaşlı necə sağ qala bilib?
12-ci mərtəbədən yıxılan 10 yaşlı uşaq sağ qalıb.
BEY.AZ xəbər verir ki, azyaşlının babası “Xəzər Xəbər”ə bildirib ki, hadisə oktyabrın 1-də Xırdalanda uşağın valideynlərinin evdə olmadığı zaman baş verib.
Anasının gəldiyini görmək üçün eyvana çıxan azyaşlı müvazinətini itirərək 12-ci mərtəbədən yerə yıxılıb. Qonşuların səyi ilə xəstəxanaya yerləşdirilən uşaq 14 gün komada qaldıqdan sonra dünən ayılıb.
Abşeron Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Məzahir Süleymanov bildirib ki, 14 gün ərzində tibb müəssisəsində müalicəsi aparılan azyaşlı artıq koma vəziyyətindən çıxmaqla yanaşı, həyati təhlükə yaradan digər risklərdən də xilas edilib.
Hazırda vəziyyəti kifayət qədər stabil qiymətləndirilən azyaşlının müalicəsi tibb müəssisəsinin Neyrotravma şöbəsində davam etdirilir.
Ətraflı süjetdə:
ARMY.AZ | TÜRKÇE BİLGİ PORTALI |