fbpx

Xırdalanda güclü partlayış: 4 nəfər xəsarət aldı

BEY.AZ informasiya agentliyi xəbər verir


23:58 Xırdalanda partlayış olan ərazidə axtarış-xilasetmə işləri görülür – FHN

Abşeron rayonunun Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən partlayışda yaralananların adları məlum olub.

Metbuat.az xəbər verir ki, partlayış nəticəsində xəsarət alanların adları aşağıdakı kimidir.

Həsənzadə Cavid Zaur (1981-ci il təvəllüdlü), Əhmədov Orxan Fərhad (1986-ci il təvəllüdlü). Onlar baş,boyun,hər iki yuxarı və aşagı ətrafların 2-3-cü dərəcəli termiki yanığı ilə Yanıq Mərkəzinə yerləşdirilib.

Əhmədov Fuad Bəyoğlan oğlu (1991-ci il təvəllüdlü), vəziyyəti orta ağır olaraq qiymətləndirlir. O, natamam yanıq məhsulları ilə zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Nuru Nurlan Yaşar oğlu (1997-ci il təvəllüdlü), vəziyyəti kafi olaraq qiymətləndirilir. O, baro travma diaqnozu ilə ambulator yardımdan sonra evə göndərilib.

23:02

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Metbuat.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

Hazırda vəziyyətləri ağır stabildir.

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Əlavə məlumat veriləcək.

22:28

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

22:05

Xırdalanda Heydər parkı adlanan ərazidə yaşayış binasında partlayış baş verib.

Metbuat.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, qaz sızması nəticəsində baş verən partlayış binanın 3-cü mərtəbəsində qeydə alınıb.

Ətrafda olan maşınlara ziyan dəyib, dağıntılar var.

Xəsarət alanlar barədə məlumat yoxdur.

21:45

Xırdalanda güclü partlayış baş verib.

Metbuat.az xəbər verir ki, yaşayış binasında qaz sızma nəticəsində partlayış baş verib. Hazırda hadisənin baş vermə səbələri araşdırlır.

Ətraflı məlumat veriləcək.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin