fbpx

Xocalıda toyları yarım qalmışdı, sabah təkrar edəcəklər



Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasimi sabah təkrar keçiriləcək.

BEY.AZ xəbər verir ki, bu barədə Bakupost.az -a Xocalı sakini Valeh Hüseynov məlumat verib.

O, sabah bununla əlaqədar Xocalıya gedəcəklərini bildirib:

“Mən Xocalıya gedib qayıdandan sonra dərin stress keçirdim və açıq ürək əməliyyatı olundum. Xocalıya köç başlayıb və bu, bizi çox sevindirir. Köhnə evimizin bərpa edilib mənə verilməsiylə bağlı ölkə başçısına müraciət etmişəm. Sabah axşam isə Xocalıya yola düşürük. 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan və Xocalıda sonuncu toy kimi tarixə düşən Vasif Qafarovun təkrar toyu olacaq”.

Qeyd edək ki, Vasif Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunda döyüşüb.






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin