Xocavənddə həlak olan polis tanınmış aparıcının qaynıdır
BEY.AZ informasiya agentliyi xəbər verir
Xəbər verdiyimiz kimi, bu gün Füzuli və Xocavənd rayonlarındakı hadisələrdə 7 polis əməkdaşı həlak olub, daha 6-sı yaralanıb.
Metbuat.az bildirir ki, həlak olan polis əməkdaşlarından biri – 1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu “XəzərXəbər”in aparıcı redaktoru Azər Teymurlunun qaynıdır.
Bu baradə jurnalistin özü məlumat verib. Qeyd olunub ki, şəhidin nəşi vida üçün hazırda Sumqayıt şəhərinə gətirilir.
Məlumat üçün bildirək ki, saat 01 radələrində Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb. Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib, 6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xocavənddə #həlak #olan #polis #tanınmış #aparıcının #qaynıdır