Xuliqanlıq niyyəti ilə qətl törədən şəxsə bu cəza verildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilən Kamran Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Kamran Məmmədli 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi ilə bağlı dövlət ittihamçısı təqsirləndirilən şəxsin 18 il azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xuliqanlıq #niyyəti #ilə #qətl #törədən #şəxsə #cəza #verildi