fbpx

Xüsusi karantin rejimi yenə uzadıldı

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycanın ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 mart saat 06:00-dək uzadılıb.

Metbuat.az xəbər verir ki, sonuncu dəfə – 2022-ci il iyunun 21-dən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər ləğv edilib. Belə ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (yaxın qohumlar, yəni ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsinin qadağan olunması tələbi, həmçinin şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi, həmçinin şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə imzalanan iltizamnamə tələbi aradan qaldırılır.

Xüsusi karantin rejimi başlayandan koronavirus pandemiyasına görə, iki ildən çoxdur ki, Azərbaycan quru sərhədlərini bağlayıb, ölkəni yalnız hava yolu ilə tərk etmək mümkündür.

Rüya tabirlerini burdan oku

Eyni zamanda ölkədaxili qatarların fəaliyyəti də dayandırılıb. Belə ki, hazırda yalnız Bakı-Gəncə-Bakı istiqamətində hərəkət var.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Xüsusi #karantin #rejimi #yenə #uzadıldı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu