Xüsusi qrup Putinin 200 milyard dollarlıq sərvətinin izinə düşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
Rusiya prezidenti Vladimir Putinin Londonda 200 milyard dollar dəyərində sərvəti olduğu iddia edilir.
Metbuat.az xəbər verir ki, Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin nəzdindəki Milli Cinayətlər Agentliyi Putinin sərvətinin müəyyən edilməsi üçün xüsusi qrup qurub. Ehtimal edilir ki, Putin bu sərvəti Böyük Britaniyada fəaliyyət göstərən iş adamları vasitəsilə əldə edib. Buna görə də, xüsusi qrup iş adamlarını təqib edərək, Putinin sərvətini müəyyən etmək istəyir.
Qeyd edək ki, Böyük Britaniya hökuməti Ukraynaya müdaxilədən sonra bir sıra rusiyalı iş adamlarının hesablarını dondurub.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.