XXI turun bütün təyinatlar açıqlanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan Premyer Liqasında XXI turun oyunları üçün bütün təyinatlar açıqlanıb.
Metbuat.az xəbər verir ki, qarşılaşmalardan heç birinə futbol üzrə FIFA referiləri baş hakim kimi təyinat almayıb. Yalnız Elçin Məsiyev “Qarabağ” – “Səbail” matçında dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Azərbaycan Premyer Liqası, XXI tur
2 aprel (şənbə)
16:00. “Qarabağ” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Cəmil Quliyev, Elçin Məsiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Azersun Arena”
18:15. “Sumqayıt” – “Sabah”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Kapital Bank Arena”
3 aprel (bazar)
15:00. “Qəbələ” – “Keşlə”
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Namiq Bəkirov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu
17:15. “Neftçi” – “Zirə”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bakcell Arena”
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.