XXII turda fit çalan hakimlər bəlli oldu
BEY.AZ informasiya agentliyi xəbər verir
Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək oyunların təyinatları açıqlanıb.
Metbuat.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 9-da oynanılacaq “Şamaxı” – “Neftçi” görüşü FIFA referisi Elçin Məsiyevə tapşırılıb.
Aprelin 10-dakı “Sumqayıt” – “Qarabağ” qarşılaşmasını digər FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Azərbaycan Premyer Liqası, XXII tur
9 aprel (şənbə)
14:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu.
17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Bank Respublika Arena
10 aprel (bazar)
18:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Kapital Bank Arena.
20:30. “Səbail” – “Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Ramiz Mustafayev
ASCO Arena.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.