Yəməndə general terror aktı nəticəsində öldürülüb
BEY.AZ informasiya agentliyi xəbər verir
Yəmən ordusunun briqada generalı Əbdül Lətif əl-Seyid “Əl-Qaidə” terror təşkilatı üzvlərinin silahlı hücumu nəticəsində öldürülüb.
Metbuat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, generalı müşayiət edən şəxslər də öldürülüb. Hadisə nəticəsində öldürülənlərin dəqiq sayı barədə məlumat verilməyib.
Qeyd olunub ki, Yəmənin cənubunda generalın avtomobil karvanı silahlı terrorçular tərəfindən partladılıb. Qətlə yetirilən general Əl-Seyid ölkənin cənubunda yerləşən Abyan əyalətinin təhlükəsizliyin təmin edilməsinə cavabdeh idi.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yəməndə #general #terror #aktı #nəticəsində #öldürülüb