Yadplanetlilərin uçuş gəmisi ələ keçirilib?
BEY.AZ informasiya agentliyi xəbər verir
ABŞ-ın əlində qismən yararlı olan yadplanetli uçuş gəmiləri var.
Metbuat.az xəbər verir ki, ABŞ kəşfiyyatının keçmiş rəsmisi David Grusş belə açıqlama verib. O, hökumətı yadplanetlilərə dair sübutları açıqlamağa çağırıb. ABŞ Müdafiə Nazirliyi agentliyində anomal hadisələrin təhlilinə nəzarət edən keçmiş kəşfiyyatçı iddia edib ki, məlumatlar qeyri-qanuni olaraq Konqresdən gizlədilib. David Grusş bu barədə Konqresə məxfi məlumat verdiyi üçün hökumətdən təzyiq gördüyünü ifadə edib.
Qeyd edək ki, David Grusş 14 il ABŞ kəşfiyyatında xidmət edib. Milli Hava və Kosmik Kəşfiyyat Mərkəzinin ABŞ kəşfiyyatının əməkdaşı Conatan Qrey də “ekzotik materialların” mövcudluğunu təsdiq edib və “Biz tək deyilik” deyərək diqqət çəkib. 2021-ci ildə Pentaqon 140-dan çox naməlum obyektin müşahidə edilməsi ilə bağlı hesabat yayımlamışdı.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yadplanetlilərin #uçuş #gəmisi #ələ #keçirilib