fbpx

Yağan leysan yağışlar bu rayonlarda selə səbəb oldu

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Mayın 31-i saat 20:00-a olan məlumatına əsasən Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Culfa, Göygöl, Daşkəsən, Ağstafa, Neftçala, Gəncə, Gədəbəy, Qazax, Ceyrançöl, Oğuz, Cəfərxan, Şəki, Zaqatala, Balakən, Yevlax, Mingəçevir, Salyan, Tovuz, Şəmkir, Cəfərxan, Zərdab, Tərtər, Goranboy, Astara, Biləsuvar, Lerik, Göyçay, Yardımlı, Naftalan, Lənkəran, Şahdağ, Qrız, Quba, Xınalıq, Altıağac, Xaltan, Şamaxı, İsmayıllı, Qusarda şimşək çaxıb, arabir leysan xarakterli intensiv yağış yağıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Yağan leysan xarakterli yağışlarla əlaqədar Dəstəfurçay-Qaraqollar çayından və Şəmkirçayın aşağı hissəsindən sel keçib.

Dolu: Saat 13:50 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndinə, saat 14:00 radələrində Fərəhli kəndlərinə diametri 10-12 mm , Şəmkir rayonunun Yuxarı Seyfəli və Cinarlı kəndlərinə diametri 10-12 mm, Balakən rayonunda xırda dənəli dolu düşüb.

Rüya tabirlerini burdan oku

Külək: Qərb küləyi arabir Ağdam, Göyçayda 28 m/s, İsmayıllıda 24 m/s, Zaqatala, Naxçıvan, Cəfərxanda, Tovuz, Zərdabda 20 m/s, Daşkəsən, Şəmkir, Salyan, Tərtər, Mingəçevir, Gədəbəydə 18 m/s, Sabirabadda 17 m/s, Beyləqanda 16 m/s-dək güclənmişdir.





Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yağan #leysan #yağışlar #rayonlarda #selə #səbəb #oldu

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu