Yağıntılı hava nə qədər davam edəcək?
BEY.AZ informasiya agentliyi xəbər verir
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti noyabrın 8-i gündüzədək davam edəcək.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az verilən məlumata görə, noyabrın 6-da bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub, şimal-qərb küləyi arabir güclənib.
Qar örtüyünün hündürlüyü Xınalıqda 15 sm, Qrızda 11 sm, Ləzədə 9 sm, Şahdağda 7 sm, Qaxda 3 sm, Xaltanda 1 sm olub.
Düşən yağıntının miqdarı Qrızda 22.0 mm (aylıq normanın 77%-i), Şabranda 16.0 mm (aylıq normanın 53%-i), Qax, Qubada 15.0 mm (aylıq normanın 32%-i), Qusarda 15.0 mm (aylıq normanın 32%-i), Xaçmazda 13.0 mm (aylıq normanın 40%-i) olub.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.