fbpx

Yağıntılı və küləkli hava nə vaxtadək davam edəcək?

BEY.AZ informasiya agentliyi xəbər verir


Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a bildirilib ki, avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən 05-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb.

Düşən yağışın miqdarı: Gədəbəydə 23.0 mm, Göygöldə 18.0 mm, Daşkəsəndə 16.0 mm, Gəncədə 13.0 mm, Şahdağ, İsmayıllıda 9.0 mm, Altıağacda 8.0 mm, Qırızda 7.0 mm, Oğuzda 6.0 mm, Naftalan, Xaltan, Şamaxıda 5.0 mm, Göyçay, Qəbələ, Şəki,Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3.0 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2.0 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub.

Dolu: Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb.

Külək: Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib.

Havanın temperaturu: Avqustun 05-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34° isti, Naxçıvan MR-da 38-40°, Ordubadda 42° isti, dağlıq rayonlarda 26-28°isti, aran rayonlarında 35-40° isti olub.

Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 9-u gündüzədək davam edəcək.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin