fbpx

Yağış və qar bu tarixədək davam edəcək

Rüya Yorumları burda


Oktyabrın 26-sı saat 20:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən BEY.AZ-a bildirilib ki, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Hazırda Bakıda və Abşeron yarımadasında leysan xarakterli yağış yağır, şimal-qərb küləyi əsir, küləyin sürəti 18 m/s-dir.

Havanın temperaturu 13 dərəcəyədək istidir.

Yağıntılı hava şəraiti bölgələrdə də davam edir. Hazırda Daşkəsən, Gədəbəy, Göygöl, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Şabran, Yevlax, Göyçay, Kürdəmir, İmişli, Tərtər, Bərdə, Naftalan, Ağdam, Zərdabda fasilələrlə leysan xarakterli yağış, Xınalıq, Qrız, Şahdağda isə qar yağır.

Rüya tabirlerini burdan oku

Havanın temperaturu Naxçıvan MR-da və Aran rayonlarında 16, dağlıq rayonlarda isə 6 dərəcəyədək isti qeydə alınıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında oktyabrın 27-si gündüzədək, bölgələrdə isə günün ikinci yarısınadək davam edəcək.






ARMY.AZ USTA XİDMƏTLƏRİ

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu