“Yalnız olduğumuzu başa düşməliyik, Rusiya bizə daha silah da satmır” – Erməni general
“Yalnız olduğumuzu başa düşüb, ancaq özümüzə güvənməliyik”.
bey.az xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini, general-leytenant Qurgen Melkonyan müsahibəsində deyib. O bildirib ki, Ermənistanın müttəfiqi Rusiya son bir neçə ildir ki, onlara silah satmır.
“Yalnız olduğumuzu başa düşməliyik. Biz müttəfiqi xatırlayanda bilməliyik ki, müttəfiqimiz də onlara kömək edir. Ona görə də biz ancaq özümüzə güvənməliyik. 44 günlük müharibədən bəri və bu günə kimi Rusiya bizə heç bir silah satmayıb”.
Nəhayət, Ermənistan hakimiyyətinə aydın oldu ki, Rusiyadan havayı silah gəlməyəcək. Çünki hazırda silah Rusiyanın özünə hava-su kimi lazımdır. Necə deyərlər, qonşusuna ümid olan, şamsız qalar.