fbpx

Yanacaq daşıyan maşın aşıb alışdı



Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonu, Müsüslü kəndi ərazisindən keçən hissəsində qəzaya düşmüş yanacaqdaşıyan yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən BEY.AZ-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının qəza nəticəsində yol kənarına aşmış yanacaqla dolu yanacaqdaşıyan avtomobilin çənində baş verdiyi və yaxınlıqdakı tikiliyə keçdiyi, habelə genişlənmə riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.

Yanğın nəticəsində yanacaqdaşıyan yük avtomobilinin yanar konstruksiyaları və 40 ton yanacaq, vətəndaşa məxsus yardımçı tikili yanıb.

Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.

Hadisə yerində avtomobilin sürücüsünün meyiti aşkar edilib.

Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.




ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin