fbpx

Yanğın baş verən ərazinin atmosfer havasında aparılan ölçmə işlərinin nəticələri məlum olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir



Ötən gün Sumqayıt şəhərində yerləşən Etilen-Polietilen zavodunda havaya qatı tüstü yayılması ilə müşayiət olunan yanğından sonra ətraf ərazilərdə atmosfer havasının keyfiyyətini müəyyən etmək üçün müxtəlif saatlarda ölçmə işləri aparılıb, nəticələr təhlil edilib.

Metbuat.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Monitorinqi üzrə Mərkəzinin mütəxəssisləri tərəfindən ərazidə 6 istiqamətdə həyata keçirilən monitorinqlərin nəticələrinə görə, yanğın müddətində cənub-şərq istiqamətli küləklərin təsiri nəticəsində çirklənmə daha çox şimal (dəniz) istiqamətində qeydə alınıb. Belə ki, atmosfer havasına yayılan qaz qarışıqlarından dəm qazının miqdarı normadan 3.6, azot oksid və kükürd qazı 4.2, hidrogen-sulfid isə 3.8 dəfə yüksək olub.

Yanğın söndürüldükdən sonra ərazinin şimal istiqamətində dəm qazının miqdarı 1.1 dəfə yol verilən qatılıq həddini keçib, digər göstəricilər isə norma daxilində müəyyən edilib.

Bu gün səhər saatlarında isə ərazidə havanın keyfiyyət göstəriciləri norma daxilində olub.

Rüya tabirlerini burdan oku





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yanğın #baş #verən #ərazinin #atmosfer #havasında #aparılan #ölçmə #işlərinin #nəticələri #məlum #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu