fbpx

Yanvarda Azərbaycanın ümumi ixracı 1,9 milyard olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2023-cü ilin yanvar ayında Azərbaycanın ümumi ixracı 1,9 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 284,5 milyon ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə “İxrac icmalı”nın fevral sayında qeyd olunub. Məlumata görə, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,6% artıb. 2023-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac 64,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 220,2 milyon ABŞ dollarına bərabər olub.

2023-cü ilin yanvar ayı ərzində kimya sənayesi məhsullarının ixracı 11,3%, spirtli və spirtsiz içkilərin ixracı 11,1 dəfə, şəkər ixracı 2,5 dəfə, çay ixracı isə 2,3 dəfə artıb.

Rüya tabirlerini burdan oku

Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 67,1 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin yanvar ayı ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 94%-ini təşkil edib.

Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yanvarda #Azərbaycanın #ümumi #ixracı #milyard #olub

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu