“Yanvarda qaz qəbulu 102 milyon kubmetrdən artıq olub”
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu ilin yanvar ayında “Azəriqaz” İstehsalat Birliyi 1 milyard 183 milyon kubmetr qaz qəbul edib.
Metbuat.az xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev qurumda media və QHT nümayənləri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu, 2021-ci ilin yanvar ayı ilə müqayisədə “Azəriqaz” 102 milyon kubmetrdən artıqdır.
R. Əliyev bildirib ki, qəbul edilən təbii qazın əhali xətləri üzrə ötürülməsi 9 milyon kubmetr artıq olub.
O həmçinin qeyd edib ki, qaz itkiləri ötən ilin yanvar ayındakı 8,8 %-dən bu ilin yanvar ayında 6,3 %-ə enib. Yəni itkilər 2,5 faiz bəndinə qədər azalıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.