fbpx

Yapon alim xəbərdarlıq etdi: Bu ərazilərdə zəlzələ ola bilər

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir”.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə yaponiyalı elm adamı, zəlzələ üzrə mütəxəssis Yoşinori Morivaki türkiyəli aparıcı Ferda Yıldırıma canlı efirdə müsahibəsi zamanı bildirib.

Ferda Yıldırım elm adamına yanvar ayında qatıldığı bir seminar zamanı zəlzələ ilə bağlı bəzi açıqlamalarını xatırladıb. Morivaki o zaman zəlzələnin gözlənildiyi ilə bağlı xəbərdarlıq edibmiş.

Rüya tabirlerini burdan oku

“İlk olaraq deyim ki, hazırlıqlı olmaq lazımdır. Türkiyədə yaxın zamanlarda Mərmərə bölgəsində böyük zəlzələ gözlənilir. Amma Şərq qırılma xətti də parçalanmağa başlayıb, ona görə bunu bir xəbərdarlıq kimi də hesab etmək olar”, – deyə o, yanvar ayında qeyd edib.

Yoşinori Morivaki hazırda bir neçə yerdə risk olduğunu da bildirib. Əsas riskli bölgələrin hansılar olduğuna dair suala cavabında mütəxəssis Mərmərə bölgəsinin adını çəkib.

“Mərmərə bölgəsində xüsusilə dörd yerdə uzun zamandır parçalanmayan qırılma xətləri nöqtələri var. Bu bölgənin təhlükəli olduğunu deyə bilərəm. İkinci olaraq Şərqi Anadolu qırılma xəttinin içində Bingöldə bir dəfə kiçik zəlzələ baş verdi, amma daha güclü zəlzələnin olacağı gözlənilir. Egey tərəfdə də 6, maksimum 7 bal gücündə zəlzələnin olması mümkündür.

Hazırda zəlzələnin baş verdiyi bölgələrdə də təkanların bir neçə ay, bir il sonra təkrarlanması ehtimalı var. Ona görə də diqqətli olmaq lazımdır”, – deyə o vurğulayıb.

Daha ətraflı videosüjetdə:






You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yapon #alim #xəbərdarlıq #etdi #ərazilərdə #zəlzələ #ola #bilər

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu