Yapon alimlərdən yeni kəşf – “Sonsuz enerji” mümkün ola bilər
Nüvə sintezi tükənməz və təmiz enerji mənbəyi kimi böyük potensiala malik olsa da, bu proses üçün tələb olunan ekstremal şəraitdə işləyən reaktorların hazırlanması indiyədək mümkün olmayıb. Lakin Tokio Elm İnstitutunun alimlərinin yeni kəşfi buna imkan verəcək.
BEY.AZ xarici KİV-ə istinadən xəbər verir ki, yapon alimlərinin kəşfi sayəsində yeni istiyədavamlı material bu çətinliklərin öhdəsindən gələ bilər. Tədqiqatçılar mövcud Kanthal ailəsinə aid dəmir, xrom və alüminiumdan ibarət olan maddəni inkişaf etdirərək onu oksid dispersiyası ilə möhkəmləndirilmiş (ODS) istiyədavamlı hala gətiriblər. Alınan materialın gücünü artırmaq üçün struktura metal və oksigen birləşmələrindən ibarət kiçik oksid hissəcikləri əlavə edilib. Bundan əlavə, material yüksək sərtlik və elastiklik kimi xüsusiyyətləri ilə tanınan alüminium oksidlə örtülüb.
Yeni materialın yüksək temperaturda əriməyə, korroziyaya və struktur zədələrinə qarşı daha davamlı olmasını təmin edilib. Bununla da, materialın nüvə enerji stansiyalarında tətbiqi ilə daha yüksək temperaturlarda təhlükəsiz işləməsi, həmçinin reaktorların əriməsi və radiasiyanın ətraf mühitə yayılması kimi potensial risklərin azalması mümkün olacaq.
ARMY.AZ | USTA XİDMƏTLƏRİ |