fbpx

Yaponiya Rusiyaya hücumu edə bilər: Səbəb Çindir

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rusiya və Çin donanmalarının Şərqi Çin və Yaponiya dənizində genişmiqyaslı hərəkəti Yaponiyada milli təhlükəsizliy səbəbindən narahatlıqları artıraraq gərginlik yaradır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq, şərqşünas Nikolay Vavilov deyib. O düşünür ki, Çinlə ittifaq Rusiyaya qarşı əməliyyatlara səbəb ola bilər.

Rüya tabirlerini burdan oku

Nikolay Vavilov

“Çin ilə birgə dəniz təlimləri keçirdik. Biz Hokkaydo və Honshu arasında keçdik. Bu da Yaponiyaya çox zərər verdi. Strategiyamız Çinin şimal arxası olmağımıza əsaslanır. Genişmiqyaslı əməliyyat zamanı enerji təchizatı bloklanacaq. Biz Çin iqtisadiyyatı və ordusu üçün əsas enerji mənbəyi olacağıq”, – deyə alim bildirib.

Vavilov qeyd edib ki, Yaponiya təkbaşına münaqişə yaratmayacaq, lakin Tokio Avstraliya, Böyük Britaniya və ABŞ-dan ibarət “AUKUS” müdafiə alyansına qoşulsa, Yaponiyadan qabaqlayıcı zərbənin endirilməsi ehtimalı dəfələrlə artacaq.

Qeyd edək ki, bundan əvvəl Yaponiya hökuməti Rusiyaya təqdimat göndərərək Rusiyanı Kuril adalarının cənub hissəsində avqustun 30-dan sentyabrın 5-dək planlaşdırılan “Vostok-2022” hərbi təlimləri keçirməməyə çağırıb. Yaponiya Nazirlər Kabinetinin nümayəndəsinin bəyanatına görə, Rusiya ordusunun regionda fəallaşması Tokionun narahatlığına səbəb olur. Amma Rusiya Xarici İşlər Nazirliyi bu çağırışdan imtina edib və Kuril adalarının Rusiyanın suveren ərazisi olduğunu vurğulayıb.

Gülbəniz Hüseynli / Metbuat.az




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu