fbpx

​Yasamal rayonunda Gənclər Günü qeyd edilib

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


2 fevral – Azərbaycan Gəncləri günü münasibətilə Yasamal rayon Heydər Əliyev Mərkəzində rayon gənclərinin toplantısı keçirilib.

Metbuat.az xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Yasamal rayon HeydərƏliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək gül dəstələri qoyublar. Dövlət himni səsləndirildikdən sonra Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantıda Milli Məclisin deputatları Elnur Allahverdiyev, Ülvi Quliyev, Səbinə Xasayeva, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxış edərək tədbir iştirakçılarını “Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzuladılar.Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon idarəsinin rəisi Ramin Şükürov və idarənin məsul əməkdaşları da iştirak etdilər. Tədbirdə Yasamal rayon gəncləri çıxışlar etdilər.

Rüya tabirlerini burdan oku

Toplantıda YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini Fərid Mustafa oğlu Mustafayev Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsində göstərdiyi səmərəli fəaliyyətə görə və 2 Fevral- Azərbaycan Gənclər günü münasibətlə Yasamal Rayon İcra Hakimiyyəti başçısının 2023 il 01 fevral tarixli 54 nömrəli sərəncamı ilə təltif olunub. Sonda xatirə fotoları çəkilib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yasamal #rayonunda #Gənclər #Günü #qeyd #edilib

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu