Yaşar Ağazadə həbs edildi
Tanınmış hüquqşünas Yaşar Ağazadə həbs edilib.
BEY.AZ Qafqazinfo.az-a istinadən xəbər verir ki, Y.Ağazadə 4 nəfəri şantaj etməkdə təqsirləndirilir.
Hüquqşünas Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qurxu ilə tələb etmə-təkrar törədildikdə) maddəsi ilə yekun ittiham verilib.
İş üzrə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Yaşar Ağazadə əvvəllər “Müxalifət” qəzetinin redaktoru olub.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |