Yaşıl enerji istehsalı kəskin artıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycanda külək elektrik stansiyalarında 33,3 mln. kVt-saat elektrik enerjisi istehsal edib.
Energetika Nazirliyindən BEY.AZ-a verilən məlumata görə, hesabat dövründə ölkədə günəş elektrik stansiyalarında 352,0 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 152,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Beləliklə, yaşıl enerji mənbələri üzrə elektrik enerjisi istehsalı ötən ilin müvafiq dövrünə (1 327,7 mln. kVt-saat) nisbətən 1 077,6 mln. kVt-saat və ya 81,2% artaraq 2 405,3 mln. kVt-saat təşkil edib.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |