“Yaşıl gələcək naminə” aksiyası Gəncə-Daşkəsən bölgəsində davam etdirildi
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə respublikada elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası avqustun 2-də Gəncə, Daşkəsən, Samux, Naftalan, Göygöl və Goranboyda yerləşən dini ibadət yerlərində keçirilib.
Bu barədə BEY.AZ-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müxtəlif konfessiyalara mənsub dini icma üzvləri, din xadimləri və könüllü ictmaiyyət nümayəndələrinin iştirak etdiyi aksiyada məscid, kilsə və ziyarətgahların ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb.
Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |