fbpx

Yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq



Azərbaycan yaşıl keçidi inkişaf etdirməyə sadiqdir.

BEY.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov COP29 çərçivəsində keçirilən “Qlobal Maliyyə Sistemi: İqlim fəaliyyəti üçün maliyyələşdirmənin artırılması” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın 2030-cu il üçün sosial-iqtisadi inkişafının beş sütunundan biri də ölkənin yaşıl inkişafına nail olmaqdır. Taleh Kazımov 2024-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu əlavə edib. O bildirib ki, ümumi enerji kompleksində bərpaolunan enerjinin rolu “Azərbaycan Respublikasının 2022‒2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda 24 faiz artırılmalıdır.

“Azərbaycan Mərkəzi Bankı dayanıqlı maliyyənin yol xəritəsini qəbul edib ki, bu da bir sıra şərtləri özündə birləşdirir. Birincisi, biz yaşıl maliyyə üçün funksional ekosistem hazırlayacağıq. Biz maliyyə institutları tərəfindən davamlı, yaşıl maliyyə istiqamətində biznes modelləri və strategiyalarının keçidini təmin edəcəyik və yol xəritəsi aşağı karbon emissiyası səviyyəsinə keçidi dəstəkləyəcək. Bildiyiniz kimi Azərbaycanın Milli Müəyyənləşdirilmiş Töhfəsi (NDC) 1991-ci illə müqayisədə 2050-ci ilə qədər emissiyanın 40 faiz azaldılmasını nəzərdə tutur. Azərbaycan Mərkəzi Bankı milli yaşıl taksonomiyasını işləyib hazırlayıb. Bu proses müxtəlif maraqlı tərəfləri, nazirlikləri, maliyyə sənayesini, assosiasiyaları və beynəlxalq maliyyə təşkilatlarını əhatə edir”, – deyə Mərkəzi Bankın sədri bildirib.






ARMY.AZUSTA XİDMƏTLƏRİ

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin