fbpx

Yaxın Şərqdə növbəti ölkə qan gölünə döndü



İordaniya, bölgədə artan regional gərginlik səbəbindən Livanın paytaxtı Beyruta uçuşları təxirə salıb.

BEY.AZ xəbər verir ki, bu barədə İordaniya Mülki Aviasiya İdarəsi açıqlama verib. Açıqlamaya görə, İordaniya hava yollarının Beyrutdakı fəaliyyəti növbəti xəbərdarlığa qədər dayandırılıb. Açıqlamaya görə, bu qərar regionda artan gərginlik səbəbilə mülki aviasiyanın təhlükəsizliyini qorumaq məqsədilə qəbul edilib.

Qeyd edək ki, İsrailin Livana hücumları nəticəsində 300-dən çox insan ölüb. 1024 nəfərin isə yaralandığını açıqlanıb. İsrail ordusu Livanın cənub şəhərləri ilə yanaşı Bekaa və Baalbek bölgələrinə də yüzlərlə hava zərbəsi endirib. Gərginliklə bağlı ölkənin cənub bölgələrindən paytaxt Beyruta və şimal bölgələrinə köç dalğası davam edir.






ARMY.AZTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin