fbpx

Yayda bu məhsullar baha olacaq



“Bu il yaz-yay mövsümündə yağış, dolu yağması kənd təsərrüfatına ciddi ziyan vurub. Dolunun yağması, sellərin baş verməsi demək olar ki, meyvələri kökündən məhv edir”.

Bu sözləri BEY.AZ-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli deyib. O bildirib ki, bu səbəblərə görə də, meyvələrin ucuzlaşması gözlənilmir:

“Artıq gilasın mövsümi bitir. Amma hələ də kifayət qədər bahadır. Bir tərəfdən də rayonlarda baş verən sellər nəticəsində itkilər davam edir. Adətən meyvələrin çiçək açan vaxtı bu kimi hallar olurdusa, bu il hazır meyvələr məhv olur. Ona görə, gilas, ərik və s. meyvələr baha olacaq. Həmçinin alma və çərəz bağlarına da ciddi ziyan dəyib. Onların da qiymətinin baha olması gözlənilir”.

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİTÜRKÇE BİLGİ PORTALI

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin