Yazda xəstələnməmək üçün nə edək?
“Bizim immun sistemimiz orqanizmi infeksiyalara, bakteriyalara və mikroblara qarşı qoruyur. İmmun sistemin zəifləməsinin bir çox göstəricisi olsa da, ən mühüm göstəricisi tez-tez təkrarlayan infeksiyalardır”.
BEY.AZ xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev Nazirliyin sosial şəbəkədi hesabında canlı yayım zamanı deyib.
Terapevtin sözlərinə görə, immun sistemini zəifləməsində anadangəlmə xroniki xəstəliklər və infeksiyalar kimi faktorlarla yanaşı, qeyri-sağlam qidalanmanın böyük təsiri var.
“Araşdırmalar göstərir ki, immunitet sisteminin güclü olması əhəmiyyətli dərəcədə qida rasionundakı makro və mikro elementlərin normasından asılıdır. İmmun sistemin zəifləməsinin ən çox yayılmış səbəbi balanssız qidalanmadır. Az proteinli qidalanma, artıq çəki və həddindən artıq arıqlıq immun sistemini zəiflədən amillərdir”.
Bəs immun sistemini necə gücləndirmək olar? Həkim vurğulayıb ki, yuxu rejimi güclü immunitetin əsas şərtlərindən biridir.
“Ümumiyyətlə, məsləhətim odur ki, işlənmiş qidalardan uzaq dursunlar. Keyfiyyətli və balanslaşdırılmış qidalar immun sistemini gücləndirmək üçün ən yaxşı üsullardan biridir. Eyni zamanda mövsümündə qəbul edilən çoxlu meyvə-tərəvəz yemək və təbii şirələr qəbul etmək də imunitetimizə yaxşı təsir edir.
Xüsusilə ümumi gigiyenaya, əsasən də əllərin gigiyenasına diqqət yetirmək vacibdir. Müntəzəm olaraq idmanla məşğul olmaq güclü immun sistemi üçün vacibdir. Pis vərdişlərdən, (tütünçəkmə və spirtli içkilərdən istifadə)əsəb və stressdən maksimum uzaq durmaq lazımdır”.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.