fbpx

Yemişlə balı birgə yemək təhlükəlidir

Rüya Yorumları burda


Bir çox insanlar yemişlə balın birgə yeyilməsinin yolverilməz olduğunu, hətta bunun ölümcül ola biləcəyini deyirlər. Bəs, bunun səbəbi nədir?

Mövzu ilə bağlı BEY.AZ-a danışan sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib ki, bir çox qidaların birgə qəbul edilməsi sağlamlıq problemlərinə gətirib çıxarır:

“Xüsusən bu, həmin qidaların bir-birinə tərkibinə görə uyğun gəlməməsindən, eyni zamanda onların fərqli sürətlə həzm olunmasından qaynaqlanır. Yemişlə bal da bu kimi qidalardandır. Çünki yemiş mədədə tez həzm olunur. Bal isə uzun müddət insan orqanizmində toxluq yaratmaq üçün istifadə olunan qidalar sırasındadır. Ona görə, daha gec həzm olunur”.

Ekspertin sözlərinə görə, belə qidalar həzm problemlərinə də səbəb olur:

“Bu məhsullar yaxşı olar ki, 2 saat fasilə ilə yeyilsin. Bu zaman həmin qidalar təhlükəli olmaz. Digər bir məqam isə hər ikisinin tərkibində şəkərin miqdarının yüksək olmasıdır. İkisinin şəkər miqdarı birləşdikdə, qanda şəkərin miqdarının sürətlə artmasına səbəb olur. Bu da gələcəkdə diabet riskini artırır”.

Rüya tabirlerini burdan oku

Seyranə Quliyeva / BEY.AZ






MÜHASİBATLIQ XİDMƏTİ TÜRKÇE BİLGİ PORTALI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu