fbpx

Yeni il gecəsi bunları etmək haramdır

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Yeni il günü Milad təqvimindən istifadə edən ölkələrdə dekabrın 31-ni yanvarın 1-nə bağlayan gecədir. Xristianlıqdan əvvəlki Romada Julian təqviminə görə, yeni il gecəsi keçid və başlanğıc tanrısı Yanusa həsr olunurdu və bunun üçün yanvar ayı adlandırılırdı.

Metbuat.az xəbər verir ki, dünyanın əksər ölkələri var ki, onlar yeni ili qeyd etməyi haram sayır və ya şəriət qanunlarına zidd bilir. 2010-cu ildə Səudiyyə Ərəbistanın Halallığın Yayılması və Günahın Qarşısının Alınması Komitəsi ictimai yerlərdə yeni il bayramının qeyd edilməsinə yol verilməyəcəyini bildirdi. Eyni zamanda Ərəbistana yeni il simvolikalı istənilən malların gətirilməsi qadağan olunub. Yeni il yalnız Ərəbistanda qadağan deyil.

Şəriət qaydalarının tətbiq edildiyi bütün yerlərdə yeni il haram və ya bica sayılır. Bəs niyə? Həqiqətən də islamda yeni ilin keçirmək haramdırmı?

Rüya tabirlerini burdan oku

Lent.az bu suala Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Hacı Ağasəid Yaqubovdan cavab alıb.

Hacı Ağasəid bildirdi ki, heç bir islam qanununda sevinib şənlənmək günah sayılmır, lakin bu şənlənmənin içində bəzi haram işlər görülür ki, bunlar da islam qanunlarına uyğun deyil. “Biz haram yeməkləri, haram içkiləri yeni il axşamı açdığımız süfrədən uzaq tutmalıyıq.” Hacı vurğuladı ki, yeni ili qeyd etsək də, bunu özümüzə vacib hesab etmirik.

“Biz yeni ili mütləq qeyd etməliyik deyə bir hökm yoxdur, əgər belə bir qanun olsa islam bunun əleyhinə olar bilər. Lakin ixtiyari bir məsələdir ki, artıq il tamam olur, insanlar yeni bir tarixə qədəm qoyur. Bəzi insanlar həyatında bir sıra dəyişikliklər edir, bəziləri yeni planlara addım atır, istirahət götürürlər və s. Buna görə insanlar yeni il axşamını sevinclə qarşılamaq istəyirlər. Yeni ili qeyd etməyi islam qadağa edir sözünü heç kim deyə bilməz” – deyərək sözünü bitirdi.

Sonda isə Hacı Ağasəid qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik günü və yeni təqvim ilinin gəlməsi münasibəti ilə bütün dünya azərbaycanlılarını təbrik etməyi də unutmadı.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yeni #gecəsi #bunları #etmək #haramdır

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu