fbpx

Yeni qaydalar açıqlandı – “Bahalı toylar” qadağan edildi

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Çeçenistan Respublikasında Ramazan Kadırovun əmri ilə “təvazökar toy normaları” müəyyən edilib.

Metbuat.az xəbər verir ki, Çeçenistan Müsəlmanları Ruhani İdarəsi “Toy şənlikləri üçün zəruri normalar” adlı sənəd yayımlayıb. Qaydalara əsasən, toy zamanı cütlüklərə avtomobil, mənzil, xəz kimi bahalı hədiyyələr vermək qadağan edilib. Bildirilib ki, bunlar gərəksiz və israfçı hədiyyələrdir. Açıqlamada deyilir ki, bunlar İslama və çeçen adətlərinə uyğun deyil. Sənəddə deyilir ki, çeçen adət-ənənələrinə görə gəlin üçün 50 min rublluq başlıq pulu , həmçinin çay, qənd və ya qoç kimi hədiyyələr cehiz kimi məqbul sayılır. Bununla belə, gəlin üçün başlıq pulunun tələb əsasında razılaşma yolu ilə və yenə də ənənəyə uyğun olaraq müəyyən edilməsi məqsədəuyğun hesab edilir.

Yeni qaydalar bəyə, qayınataya, qayınanaya və başqalarına bahalı hədiyyələrin verilməsini qadağan edir. Gəlinin qohumlarına və bəyin valideynlərinə də xəbərdarlıq edilib ki, çeçen cəmiyyətində çoxdan mövcud olan normalara hörmət etsinlər və bahalı hədiyyələrdən çəkinsinlər.



Rüya tabirlerini burdan oku

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yeni #qaydalar #açıqlandı #Bahalı #toylar #qadağan #edildi

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu