Yeni və dəhşətli müharibə qaçılmaz olacaq
“44 günlük müharibənin Azərbaycanın qələbəsi ilə sonuclanacağına ermənilər və onların arxasında duran güclər inanmırdılar və bu gün də bunu qəbul etmək istəmirlər. Ermənilər ordularının dünyanın güclüləri sırasında görürdülər. Azərbaycan Silahlı Qüvvələri isə xalqın dəstəyi və Ali Baş Komandanın qüdrəti sayəsində müharibəni qələbə ilə başa vurdu. Artıq müharibədən üç il yarım keçib, bu müddət ərzində Azıərbaycan məğlub Ermənistana sülh təklif edib, amma qarşı tərəf prosesi uzatmaqla yeni müharibədə maraqlı olduğunu büruzə verib”.
Bu sözləri BEY.AZ-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat bildirib ki, son vaxtlar Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə baş verənlər, erməni hərbçilərin yeni istehkamlar yaratması, xaricdən aldıqları yeni texnikaları bura gətirmələri müharibə hazırlığından xəbər verir:
“Erməniləri buna təhrik edən güclər var. Qərb ölkələri həm Ermənistana maliyyə, həm də hərbi dəstək göstərirlər. Fransa başda olmaqla Avropanın bəzi təşkilatları müxtəlif adlar altında İrəvana yardımlar edirlər. Məqsəd də bəllidir. Yoxsa, müharibədə ağır məğlubiyyət acısını dadan bir ölkə niyə yeni müharibəyə bu qədər həvəsli görünsün? Ermənistanın məqsədi Azərbaycandan əvəz çıxmaqdır, itirdiklərini geri almaqdır, Qərbin məqsədi isə Ukrayna savaşında ilişib qalan Rusiyanı gücsüz bilib onun Ermənistanda yerini doldurmaqdır.
Burada da Qərb yanılır, əvvəla, Rusiya hərbi və iqtisadi anlamda Ermənistandadır və rus hərbçilərinin burada qalması barədə uzunmüddətli sazişi var. Rusiyanı bölgədən çıxarmaq bir o qədər də asan olmayacaq, yeni və dəhşətli müharibə qaçılmaz olacaq”.
Seyranə Quliyeva / BEY.AZ
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.