fbpx

Yeni vəzifə verilən səfirlər kimdir?

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Çin, İraq, Türkmənistana yeni səfir təyin edib. Prezidentin sərəncamları ilə Həsən Zeynalov Azərbaycanın Türkmənistandakı səfiri vəzifəsindən geri çağırılıb, onun əvəzinə Qismət Gözəlov təyin edilib. Digər sərəncamlarla Bünyad Hüseynov Çinə, Nəsir Məmmədov isə İraqa səfir göndərilib.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, yeni təyinat alan səfirlərin dosyesini təqdim edir:

Rüya tabirlerini burdan oku

1967-ci ildə anadan olan Qismət Gözəlov Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunudur.

O, 1998-ci ildən Xarici İşlər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. Müxtəlif illərdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda konsul köməkçisi, konsul kimi vəzifələr icra edib. 2018-ci ilin dekabrında Türk Dövlətləri Təşkilatının (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) baş katibinin müavini vəzifəsinə başlayıb. İngilis, ərəb, türk və rus dillərini bilir.

Bünyad Səməd oğlu Hüseynov 1977-ci ildə anadan olub. O, 1993-1998-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini, 2000-ci ildə (oktyabr-noyabr) Misir Diplomatiya Akademiyasının Gənc diplomatlar üçün xüsusi kursunu, 2001-ci ildə (mart-aprel) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Azərbaycan Respublikasının Xarici Siyasəti kursunu, daha sonra İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbini, ADA Universitetininin “Təkmilləşdirilmiş xarici siyasət proqramı 2015” kursunu bitirib.

2000-2001-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İkinci Ərazi İdarəsində attaşe, 2001-2005-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində üçüncü katib, 2005-2006-cı illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Birinci Ərazi İdarəsində ikinci katib, 2006-2009-cu illərdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində birinci katib olaraq çalışıb.

6 aprel 2016-cı ildə Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib. O, həmçinin ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi olub. 2021-ci ildə hər iki vəzifədən geri çağırılıb.

Nəsir Məmmədov isə Azərbaycanın İraqdakı səfirliyinin müvəqqəti işlər vəkili idi. O, daha əvvəl Azərbaycanın İtaliyadakı səfirliyində 2-ci katib vəzifəsini icra edib.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Yeni #vəzifə #verilən #səfirlər #kimdir

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu