fbpx

Yeniyetmə boksçumuz Emili Rzayeva Avropa çempionu olub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.

Metbuat.az Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.

Olqa Filipçuk (Ukrayna) və Gül Yılmaza (Türkiyə) qalib gələn E.Rzayeva finalda polşalı Yoanna Araszevska ilə qarşılaşıb. Təmsilçimiz döyüşdə 5:0 hesabı ilə qalib gəlib. Qələbə qazanan boksçumuz Avropa birinciliyinin qızıl medalına yiyələnib.

Rüya tabirlerini burdan oku

Əvvəlki mərhələlərdə ardıcıl olaraq Mahur Marikyan (Ermənistan) və Silva Formelaya (Polşa) qalib gələn Nərmin Əlizadə (48 kq) isə finalda ingiltərəli Rubi Vaytla üz-üzə gəlib. Həlledici görüşdə rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.

Nəticədə qız boksçulardan ibarət yığma komandamız Avropa birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bir gün əvvəl isə Aynur Mikayılova (50 kq) üçüncü yeri tutub.

Beləliklə, 3 medal qazanan komanda Azərbaycan boks tarixdə yeni rekorda imza atıb.

Qeyd edək ki, Avropa birinciliyində daha 2 oğlan boksçumuz final döyüşünə çıxacaq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu