fbpx

Yeniyetməni cinayətkar fəaliyyətə cəlb edən şəxs həbs olunub

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən elektrik kabelləri oğurlayan və yeniyetməni müxtəlif vədlərlə cinayətkar fəaliyyətə cəlb edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Metbuat.az-a verilən məlumata görə, rayon sakinləri onlara məxsus yeni tikilməkdə olan evlərdən ümumi dəyəri 3 000 manata yaxın olan elektrik kabellərinin oğurlanması barədə polisə müraciət ediblər.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməllərini törətməkdə şübhəli bilinən Şəki şəhər sakini İlham Məhərrəmov və bir nəfər yeniyetmə saxlanılıb.

Rüya tabirlerini burdan oku

İlkin araşdırma zamanı məlum olub ki, İlham Məhərrəmov dostunun oğlu olan həmin yetkinlik yaşına çatmayan şəxsə müxtəlif vədlər verərək onu da özünə “ortaq” edib. Saxlanılan şəxslər ifadələrində oğurladıqları kabelləri metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər. Onların cinayətdə istifadə etdikləri alətlərin bir qismi polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 170-ci (Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə) və 177-ci ( oğurluq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.Məhkəmənin də qərarı ilə İlham Məhərrəmov barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, may ayının əvvəllərində də İlham Məhərrəmov analoji oğurluq hadisəsinə görə saxlanılıb və ilk dəfə cinayət törətməsi, eləcə də əməlini səmimi etiraf etməsi nəzərə alınaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Lakin o, bundan nəticə çıxarmayaraq barəsində seçilmiş qətimkan tədbirini kobudcasına pozub və eyni məzmunlu yeni cinayət törədib.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu