fbpx

Yeraltı keçidlərdə BU HALDA maska taxmaq MƏCBURİDİR

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


“Yeraltı keçidlərdə əgər ticarət obyektləri varsa, maskadan istifadə məcburidir”

Metbuat.az xəbər verir ki, bu açıqlamanı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev isə Bakıvaxtı.az-a edib. Onun sözlərinə görə, yeraltı keçidlərdə əgər ticarət obyektləri varsa, maskadan istifadə məcburidir:

“Karantin rejmi qaydalarına uyğun olaraq, hər bir vətəndaş qapalı məkanlarda Nazirlər Kabinetinin COVID-19-la bağlı qaydalarına riayət etməlidir. Daxili İşlər Nazirliyinin apardığı profilaktik tədbirlər nəticəsində müşahidə edirik ki, vətəndaşlar maska taxsalar da düzgün qaydada istifadə etmirlər. Maska tənəffüz yollarını qoruyan vasitə olduğu üçün o, ağız və burun nahiyyəsini tam örtməlidir. Maskanı ağızda saxlamaq maska taxmamağa bərabərdir. Bu hala yol verən vətəndaş barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, barəsində inzibati tənbeh tədbiri tətbiq oluna bilər”.

Rüya tabirlerini burdan oku

N.Əliyev qeyd edib ki, bu, bütün yeraltı keçidlərə aid deyil:

“Qeyd etdiyim kimi, ticarət obyektləri olan yeraltı keçidlərdə maskadan istifadə məcburidir və əks halda, vətəndaşın cərimlənməsi qanunidir. Çünki ticarət obyektləri olan yerdə virusun yayılma riski böyükdür. Saatlarla orda dayanan satıcılar, alış-veriş edən vətəndaşlar arasında virus sürətlə yayıla bilər. Buna görə də digər yeraltı keçidlər istisna olmaqla, bu kimi yerlərdə maska taxmaq məcburi hesab olunur”.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu