fbpx

Yerevan-İstanbul aviareysləri Bakıdakından baha olacaq

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Türkiyə ilə Ermənistan arasında birbaşa aviareyslərə bu gündən etibarən icazə verilib. Uçuşları Türkiyə tərəfindən “Pegasus”, Ermənistan tərəfindən “FlyOne Armenia” aviaşirkətləri həyata keçirəcək.

Metbuat.az xəbər verir ki, həftədə üç dəfə baş tutacaq reyslərə biletlərin qiyməti açıqlanıb.

Belə ki, “Pegasus” aviaşirkətinin reysləri üzrə Yerevan hava limanından İstanbulun Sabiha Gökçen hava limanına bilet qiymətləri 69,99 avrodan, Sabiha Gökçen hava limanından Yerevana biletlər 59,99 avrodan başlayacaq.

Rüya tabirlerini burdan oku

“FlyOne Armenia”nın reyslərinə bilet qiymətləri 39 avrodan başlayacaq. “Pegasus” İstanbuldan Yerevana həftənin bazar ertəsi, cümə axşamı və şənbə günləri, Yerevandan İstanbula çərşənbə axşamı, cümə və bazar günləri uçuşlar keçirəcək. “FlyOne Armenia”nın reysləri isə bazar ertəsi, çərşənbə və cümə günləri baş tutacaq.

Qeyd edək ki, bir müddət öncə Bakı-İstanbul və Yerevan-İstanbul bilet qiymətləri geniş müzakirələrə səbəb olmuşdu. Sosial şəbəkə istifadəçiləri Yerevan-İstanbul bilet qiymətlərinin daha ucuz olmasını bildirirdilər. Müqayisə üçün qeyd edək ki, Bakıdan İstanbula bilet qiymətləri 29 avrodan başlayır. Bu qiymət isə Yerevan-İstanbul biletinin qiymətindən 10 avro ucuzdur.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu