Yerli radiokanalların ölkə üzrə yayımı təmin ediləcək
Azərbaycanda yayımmalan radio kanallarının ölkə üzrə əlçatanlığı təmin ediləcək.
BEY.AZ-ın məlumatına görə, bunu Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov deyib.
O bildirib ki, 2023-cü ildən şura Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə layihənin icrasına başlanıb. Bu ilin sonuna qədər Azərbaycandakı radio kanallarının ölkə üzrə yayımlanması 95-98 faiz mümkün olacaq.
Hazırda bu istiqamətdə işlər davam etdirilir.
MÜHASİBATLIQ XİDMƏTİ | TÜRKÇE BİLGİ PORTALI |